Bizim üçün qürurverici bir xəbər! Qurduğumuz komanda növbəti dəfə HR Forum 2025-in rəsmi sponsoru oldu. Bu əməkdaşlıq həm texnoloji sahədə, həm də insan resursları üzrə innovativ yanaşmaların bir araya gəlməsini təmin edən mühüm addımdır.

Bu forum çərçivəsində:
- SHRF.az saytı tamamilə sıfırdan hazırlanaraq uğurla təhvil verildi. Yeni platforma müasir dizaynı, stabil infrastrukturu və istifadəçi yönümlü funksionallığı ilə fərqlənir.
- Tapx adlı məhsulumuz isə ilk dəfə ictimaiyyətə rəsmi şəkildə təqdim olundu. Tapx şirkətlərin daxili məlumatlarını süni intellekt vasitəsilə analiz edən innovativ sistemdir və gələcəkdə HR sahəsində də böyük rol oynayacaq.
Bu nailiyyətlər komandamızın peşəkarlığının və davamlı inkişaf vizyonunun bariz göstəricisidir.
Biz hər zaman innovasiyaya və keyfiyyətə sadiq qalaraq, yerli və beynəlxalq arenada Azərbaycan adını texnologiya sahəsində daha da irəli daşımağa davam edəcəyik. 🇦🇿✨
İzləmədə qalın — hələ qarşıda çox yeniliklər var!


