Bizneslərdə məlumatların həcmi artdıqca, onlara sürətli və effektiv çıxış ehtiyacı da daha vacib hala gəlir. Bu çağırışa cavab olaraq komandamız tərəfindən hazırlanan Tapx platforması artıq rəsmi olaraq təqdim olunub.
Tapx — şirkətlərin daxili sənədlərini, PDF fayllarını və verilənlər bazalarını süni intellekt vasitəsilə emal edən ağıllı axtarış və analitika sistemidir. Sistem, müəssisələrdə məlumat axınını optimallaşdırır, daxili sorğulara saniyələr içində cavab verir və analitik nəticələr təqdim edir.
Platforma DeepSeek-R1 (Open Source) modeli əsasında hazırlanıb və tamamilə daxili serverlərdə fəaliyyət göstərir. Bu, məlumat təhlükəsizliyini və məxfilik səviyyəsini ən yüksək səviyyədə təmin edir. Tapx istifadəçilərə “insan kimi başa düşülən” cavablar təqdim etməklə, minlərlə sənəd arasında axtarış aparmaq zərurətini aradan qaldırır.
Tapx məhsulu ilk dəfə HR Forum 2025 tədbirində təqdim olunub. Forumun rəsmi sponsoru qismində çıxış edən komandamız, məhsulu yerli və beynəlxalq auditoriyaya tanıdaraq böyük maraqla qarşılanıb.
“Tapx-in məqsədi, məlumatın gücünü hər bir şirkətin əlçatan resursuna çevirməkdir. Biz inanırıq ki, süni intellekt yalnız texnologiya deyil — o, qərarların daha ağıllı, bizneslərin isə daha çevik olmasına xidmət edir,” – komanda nümayəndəsi bildirib.
Yaxın aylarda Tapx-in korporativ versiyası, o cümlədən SharePoint, Google Drive və Azure Blob Storage kimi bulud sistemləri ilə inteqrasiya modulları istifadəyə veriləcək.
Tapx – Made in Azerbaijan brendi altında hazırlanan, lokal serverlərdə işləyən ilk “AI Search & Analytics” sistemi olaraq ölkəmizin texnoloji ekosistemində mühüm addım hesab olunur.
Demo sayt linki : https://tapx.chaitech.info/
Təqdimat linki : https://prezi.com/view/211tKHn2Upm7bKcZZWxp/?referral_token=wlUtdQlnB3FN

